İDMAN
İspaniya La Liqası: “Barselona” son dəqiqədə qələbəni əldən verib
Bakı, 21 fevral, Nicat Məmmədov, AZƏRTAC
Fevralın 21-də İspaniya La Liqasının 24-cü turunun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Barselona” öz meydanında “Kadiz” klubunu qəbul edib. “Nou Kamp” stadionunda baş tutan görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.
Oyunda hesabı meydan sahibləri 32-ci dəqiqədə açıb. Hakimin təyin etdiyi penaltini Lionel Messi dəqiq yerinə yetirib.
Birinci hissə Kataloniya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Fasilədən sonra üstünlüyünü davam etdirən
“Barselona” rəqibin qapısı qarşında bir neçə dəfə təhlükəli vəziyyətlər yaradıb. Buna baxmayaraq “Kadiz” əsas vaxtın başa çatmasına bir dəqiqə qalmış hesabı bərabərləşdirməyə nail olub. Bu dəfədə hakim 11 metrlik cərimə zərbəsi təyin edib. Aleiş Fernandes fürsəti əldən verməyib.
Bu nəticədən sonra xal ehtiyatını 47-yə çatdıran “Barselona” turnir cədvəlində üçüncü yerdə, “Kadiz” isə 25 xalla 14-cü yerdə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]