İDMAN


İspaniya La Liqası: “Barselona” və “Atletiko Madrid” qələbə qazanıb

Bakı, 10 mart, Nicat Məmmədov, AZƏRTAC

İspaniya La Liqasının 27-ci turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, turun maraq doğuran oyunu “Nou Kamp” stadionunda baş tutub. Son çempion “Barselona” doğma azarkeşlər önündə autsayder “Rayo Vallekano”nu qəbul edib.

Görüş Kataloniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ernesto Valverdenin yetirmələrinin heyətində Gerar Pike (38), Lionel Messi (51) və Luis Suares (82) fərqləniblər. Qonaqların yeganə qolunun müəllifi isə Raul De Tomas (24) olub.

Turnir cədvəlində ikinci yerdə qərarlaşan “Atletiko Madrid” isə öz meydanında “Leganes” komandasını minimal hesabla məğlub edib - 1:0.

Cari mövsümdə inamlı oyun nümayiş etdirən “Deportivo Alaves” komandası “Eybar” ilə heç-heçə edib - 1:1.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.