İDMAN


İspaniya La Liqası: “Real Madrid” səfərdə “Selta Viqo”nu məğlub edib

Bakı, 17 avqust, Nicat Məmmədov, AZƏRTAC

Avqustun 17-də futbol üzrə İspaniya La Liqasının 2019-2020-ci il mövsümünün birinci turunun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, turun ikinci günündə çempionluğa iddialı “Real Madrid” səfərdə “Selta Viqo” komandasının qonağı olub. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Kral klubu”nun heyətində Kərim Benzema (12), Toni Kros (61) və Lukas Vasqets (80) fərqləniblər. Meydan sahibi - “Selta Viqo”nun heyətində isə yeganə qolun müəllifi 90-cı dəqiqədə İker Losada olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.