İDMAN


İspaniya La Liqası: “Villyareal” – “Real Madrid” görüşündə qalib müəyyənləşməyib

Bakı 4 yanvar, Nicat Məmmədov, AZƏRTAC

Yanvarın 4-də İspaniya La Liqasının 17-ci turunun təxirə salınmış oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Villyareal” doğma meydanda “Real Madrid” komandasını qəbul edib. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Meydan sahiblərinin heyətində hər iki qolu Santi Kazorla (4, 82) vurub, “kral” klubunun heyətində isə Kərim Benzema (7) və Rafael Varan (20) fərqləniblər. Bu heç-heçədən sonra “Real Madrid” turnir cədvəlində 30 xalla dördüncü, “Villyareal” isə 16 xalla 17-ci yerdə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.