İDMAN


İspaniya La Liqası: "Barselona" Bilbao səfərində xal itkisi ilə üzləşib

Bakı, 11 fevral, AZƏRTAC

Fevralın 10-da İspaniya La Liqasının 23-cü turunun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, "Barselona" səfərdə "Atletik Bilbao" komandasının qonağı olub. Gərgin keçən görüşdə hesab açılmayıb.

Qeyd edək ki, cari mövsümdə Katalonya təmsilçisi ardıcıl olaraq ikinci dəfə heç-heçə edir. İyirmi ikinci turda "Barselona" "Valensiya" qarşılaşması bərabərliklə başa çatıb (2:2). "Barselona"nın əzəli rəqibi "Real Madrid" isə fevralın 9-da "Atletiko Madrid" klubu ilə qarşılaşıb. Görüş "kral" klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun digər oyunlarında növbəti hesablar qeydə alınıb:

"Real Valladolid" - "Villyareal" - 0:0;

"Xetafe" - "Selta Viqo" - 3:1;

"Espanyol" - "Rayo Vallekano" - 2:1;

"Girona"-"Hueska" - 0:2;

"Leqanes"-"Real Betis" - 3:0;

"Valensiya"-"Real Sosyedad" - 0:0;

"Sevilya"- "Eybar" - 2:2.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.