İDMAN


İspaniya La Liqası: "Barselona" "Real Valladolid"ı minimal hesabla məğlub edib

Bakı, 17 fevral, AZƏRTAC

Fevralın 16-da İspaniya La Liqasının 24-cü turunun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, son çempion "Barselona" doğma azarkeşlər önündə "Real Valladolid" komandasını qəbul edib. Görüş Kataloniya təmsilçisinin minimal hesabla qələbəsi ilə başa çatıb (1:0). Oyunda yeganə qolun müəllifi 43-cü dəqiqədə Lionel Messi olub. O, hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Matçın 67-ci dəqiqəsində yenidən bu şansı qazanan argentinalı fürsəti əldən verib.

Bu qələbədən sonra "Barselona" xallarının sayını 54-ə çatdıraraq turnir cədvəlində liderliyi qoruyub saxlayıb, "Real Valladolid" isə 26 xalla 15-ci yerdə qərarlaşıb. Növbəti turda kataloniyalılar səfərdə "Sevilya" ilə, "Real Valladolid" isə doğma meydanda "Real Betis" ilə üz-üzə gələcək.

Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

"Selta Viqo"-"Levante" - 1:4;

"Rayo Vallekano"-"Atletiko Madrid" - 0:1;

"Real Sosyedad"-"Leqanes" - 3:0.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.