DÜNYA


İspaniya “Open Arms” gəmisindəki miqrantların bir hissəsini qəbul etməyə hazırdır

Madrid, 15 avqust, AZƏRTAC 

İspaniya hökuməti “Open Arms” gəmisindəki miqrantların paylanması sxemində iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, İspaniya yerli “Open Arms” qeyri-hökumət təşkilatının Liviyadan gələn xilasetmə gəmisindəki miqrantların bir hissəsini qəbul etməyə razıdır. Gəmidə 147 miqrant var.

İspaniya qəzaya uğramış gəmidə olan insanları həvəssiz salamlayıb. İspaniyanın sahil zonası Mərakeşdən gələn miqrantlarla bağlı yetərincə təzyiq hiss etdiyi üçün onlar İtaliyada gəmidən düşməli olublar. İspaniyanın Baş Naziri Pedro Sançes gəmi ilə bağlı problemin həllinə dərhal kömək etmək üçün Avropa Komissiyası tərəfindən əlaqələndirilən miqrantların paylanması modelində iştirak etməyə razılaşıb.

İspaniya ilə bərabər, Fransa və Almaniya da bildiriblər ki, gəmi ilə bağlı vəziyyəti həll etmək üçün ictimai təsisatlarla əlaqələri dəstəkləyirlər. Miqrantların bir hissəsini Fransa və Almaniya qəbul edəcəklər.

Qeyd edək ki, qəzaya uğramış “Open Arms” gəmisi təqribən 2 həftə İtaliyanın Lampeduza adası yaxınlığında körpüyə yan almış vəziyyətdə olub. Belə ki, Avropa ölkələrindən heç biri gəminin içərisindəki miqrantları qəbul etməyə razı olmayıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.