İQTİSADİYYAT


İspaniya Sənaye, Ticarət və Turizm Nazirliyi Azərbaycana dair iqtisadi bələdçi dərc edib

Madrid, 16 may, AZƏRTAC

İspaniya Sənaye, Ticarət və Turizm Nazirliyi nəzdində İspaniya şirkətlərinin xarici ölkələrdə təbliği və ölkəyə xarici investisiyalar cəlb olunması istiqamətində fəaliyyət göstərən İxrac və İnvestisiyalar Komitəsi xarici bazarların öyrənilməsi proqramı çərçivəsində öz portalında ”Ölkə üzrə bələdçi. Azərbaycan – 2019” adlı iqtisadi bələdçi yerləşdirib.

İspaniya sahibkarlarına kömək etmək üçün tərtib edilmiş bələdçi kitabında Azərbaycan iqtisadiyyatı, o cümlədən Azərbaycan bazarı, vergi sistemi barədə qısa məlumat verilib. Saytda idxal-ixrac, habelə iqtisadi sahədə qüvvədə olan sazişlər barədə məlumatlar təqdim edilib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.