İDMAN


İspaniya Super Kuboku Mərakeşdə keçiriləcək

Bakı, 10 iyul, AZƏRTAC 

Avqustun 12-də “Barselona” və “Sevilya” arasında keçiriləcək İspaniya Super Kuboku Mərakeşin Tanjer şəhərində keçiriləcək.

AZƏRTAC İspaniya Kral Futbol Federasiyasına istinadla xəbər verir ki, bunu mətbuat konfransında qurumun prezidenti Luis Rubiales bildirib.

Əvvəllər İspaniya Super Kubokunun qalibini müəyyən etmək üçün iki matç oynanılırdı. Bu il görüş bir oyundan ibarət olacaq.

Bu qərar İspan Futbol Liqasının rəhbərliyi ilə razılaşdırıldıqdan sonra qəbul olunub.

“Çox gözəl bir layihəyə addım atdıq. Bu bizə maliyyə vəziyyətini yaxşılaşdırmağa imkan verəcək”, - deyə Luis Rubiales bildirib.

Qeyd edək ki, “Barselona” klubu keçən mövsüm İspaniya La Liqasının və ölkə kubokunun qalibi adını qazanıb. “Sevilya” klubu isə İspaniya kubokunun finalçısı kimi, İspaniya Super Kubokun uğrunda “Barselona” ilə mübarizə aparacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.