İDMAN


İspaniya Tennis Federasiyası yay turniri keçirməyi planlaşdırır

Bakı, 7 aprel, AZƏRTAC

İspaniya Tennis Federasiyası mövsüm baş tutmayacağı halda yay turniri keçirməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, pandemiya ilə bağlı vəziyyət yaxşılaşmasa, federasiya yerli tennisçiləri formada saxlamaq üçün belə bir plan haqda fikirləşir. Turnirdə Rafael Nadal, Roberto Bautista-Aqut, Pablo Korrenyo-Busta, Albert Ramos, Fernando Verdasko və reytinqdə ilk “100-lük”də qərarlaşan digər tennisçilərin də iştirakı nəzərdə tutulub.

Amma bu turnirdə göstərilən nəticələrə görə raketka ustaları reytinq xalları qazanmayacaq. Mükafat fondu isə milyon avro ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.