DÜNYA


İspaniya dünyanın kosmetika vasitələri ixracatçılarının ilk onluğuna daxildir

Madrid, 22 sentyabr, AZƏRTAC

Ətriyyat və Kosmetika Milli Assosiasiyasının (Stanpa) hesabatına görə, İspaniya dünyanın kosmetika vasitələri ixracatçılarının ilk onluğuna daxildir.

AZƏRTAC xəbər verir ki, 2017-ci ildə İspaniya şirkətləri xarici ölkələrə 3,9 milyard avro dəyərində kosmetika məhsulları göndəriblər. Bu, ondan əvvəlki illə müqayisədə 10,5 faiz artım deməkdir. İspanlar özləri də zahiri görünüşlərinə yüksək diqqətlə yanaşırlar: onlar ötən il təkcə üz dərisinə qulluq vasitələrinə 1,089 milyard avro xərcləyiblər.

Dəri kosmetikasının liderlərindən biri sayılan Valensiyanın “Sesderma” şirkəti gələn il yeni bazarlara – Fransa, Avstraliya, Sinqapur, Vyetnam və Cənubi Koreya bazarlarına çıxmaqla, dünyanın artıq 85 ölkəsində öz əhatə dairəsini genişləndirəcək. Hazırda mallar əsasən Çinə tədarük edilir ki, bu da bütün ixracın 12 faizi deməkdir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.