İspaniya əmək haqqının ümumi daxili məhsula nisbətinə görə Avropa İttifaqında üçüncü yerdədir
AzerTAg.az
17.06.2022 [00:38]
Madrid, 17 iyun, AZƏRTAC
İspaniya 2021-ci ildə orta aylıq əmək haqqının (1751 avro) ümumi daxili məhsula nisbətinə görə Avropa İttifaqında üçüncü yerdədir.
AZƏRTAC İsveçrənin “Adecco Monitor” şirkətinə istinadla xəbər verir ki, bu ölkədə orta aylıq əmək haqqı adambaşına düşən ümumi daxili məhsulun 82,6 faizini təşkil edir. Bu göstərici üzrə İspaniyanı yalnız Almaniya (84 faiz) və İtaliya (82,9 faiz) qabaqlayır.
Fransada və Portuqaliyada əmək haqqının adambaşına düşən ümumi daxili məhsula nisbəti müvafiq olaraq 80,4 və 64,6 faiz təşkil edir. Bu göstəriciyə görə Avropada ən aşağı pillədə 36,7 faizlə Lüksemburq dayanır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
30.06.2022 [11:03]
30.06.2022 [09:20]
30.06.2022 [08:13]
30.06.2022 [07:50]

MULTİMEDİA
30.06.2022 [11:28]
29.06.2022 [23:14]
30.06.2022 [11:43]
30.06.2022 [11:34]
30.06.2022 [11:31]
30.06.2022 [10:42]
30.06.2022 [11:19]
30.06.2022 [11:15]
30.06.2022 [10:34]
30.06.2022 [10:11]
29.06.2022 [18:42]
28.06.2022 [18:57]
28.06.2022 [17:04]
29.06.2022 [16:44]
29.06.2022 [16:30]
29.06.2022 [17:29]
29.06.2022 [16:31]
30.06.2022 [11:35]
Xəbərin mətnində orfoqrafik səhv var