CƏMİYYƏT


İspaniya ən yaxşı çimərliklər siyahısında dünya birinciliyini qoruyub saxlayır

Madrid, 8 may, AZƏRTAC

2019-cu ildə İspaniya 669 mavi bayraq - ən yaxşı çimərliklərə verilən beynəlxalq mükafat qazanıb. Bu, ötən ildəkindən 28 bayraq azdır. Lakin buna baxmayaraq, İspaniya bu göstərici üzrə dünyada birinci olaraq qalmaqdadır.

566 bayrağa çimərliklər (2018-ci ildəkindən 25 ədəd az), 98 bayrağa – idman limanları, 5 bayrağa isə ekoloji təmiz limanlar layiq görülüb. Bununla yanaşı, İspaniyada olan 3500 çimərlikdən yalnız 1900-ü mavi bayraq iddiasında idi. Bu il İspaniyanın 50 çimərliyi keyfiyyət nişanından məhrum edilib, əvəzində 25 yeni çimərlik bu mükafata sahib olub.

AZƏRTAC xəbər verir ki, mükafatdan məhrum edilən çimərliklərin əksəriyyəti Əndəlüsdə, xüsusən də Malaqa və Uelvdə yerləşir. Bunun səbəbi Sahil qanunvericiliyinə riayət olunmaması, suyun keyfiyyətinin aşağı düşməsi və çirkab sularına nəzarətin lazımi dərəcədə olmamasıdır.

Ən çox mavi bayraq Valensiyada (150), Kataloniyada (120) və Qalisiyadadır (107).

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.