DÜNYA


İspaniya hökuməti Fransisko Frankonun nəşinin ekshumasiyasının tarixini elan edib

Madrid, 16 mart, AZƏRTAC 

İspaniya hökuməti hərbçi və dövlət xadimi, generalissimus Fransisko Frankonun nəşinin iyunun 10-da “Həlak olanlar vadisi”ndən ekshumasiya edilərək El-Pardo tarixi iqamətgahında dəfn olunacağını elan edib. Qərar Ali Məhkəmənin qətnaməsi olmadan qəbul edilib.

AZƏRTAC xəbər verir ki, əgər Ali Məhkəmə bu prosedura əməl olunmasına icazə verərsə, o zaman Frankonun nəşinin köçürülməsi Baş nazir Pedro Sançesin bunu edəcəyinə söz verməsindən təxminən bir il sonra yerinə yetiriləcək.

Qeyd edək ki, ötən ilin avqustunda İspaniya hökuməti tarixi yaddaş haqqında Qanuna dəyişikliklərin olunması barədə dekret qəbul edib. Bu dekret Madrid ətrafında yerləşən “Həlak olanlar vadisi”ndə generalissimus Fransisko Frankonun cənazəsinin nəşinin ekshumasiyasını və yenidən dəfnini nəzərdə tutur. Hökumətin sənədində qəbrin yerinin dəyişməsinin “təcili xarakter” daşıması bildirilir.

Lakin Frankonun varisləri onun məzarının yerinin dəyişdirilməsinə qarşıdırlar və hakimiyyət orqanlarının cənazənin ekshumasiyası barədə qərar verəcəyi təqdirdə məzarın təhqir edilməsi iddiası ilə hədələyirlər. Generalissimusun cənazəsinin yerləşdiyi “Həlak olanlar vadisi” memorial kompleksində bu qərara qarşı bir neçə etiraz aksiyası keçirilib. Bu aksiyalarda, həmçinin Frankonun yeganə qızının nəvəsi Luis Alfonso de Borbon da iştirak edib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.