DÜNYA
İspaniya hökuməti uşaqların ağız boşluğuna qulluq tədbirlərinə 44 milyon avro ayıracaq
Madrid, 16 iyun, AZƏRTAC
İspaniya Nazirlər Şurası 44 milyon avro ayıracağı “Ağız boşluğu sağlamlığı Planı"nı təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, plan 14 yaşadək uşaqlar üçün müayinələr, kariyesin qarşısının alınması tədbirləri və plomblama da daxil olmaqla pulsuz xidmətlərin göstərilməsini nəzərdə tutur.
İspaniyanın “Milli bərpa Planı” ilə nəzərdə tutulan bu layihə Avropa fondlarından maliyyələşdiriləcək və bütün ölkə üzrə ağız boşluğu baxımını standartlaşdıracaq.
Ağız gigiyenası ilə bağlı pulsuz xidmətlərdən həmçinin hamilə qadınlar, yuxarı ətrafların hərəkətliliyini məhdudlaşdıran sağlamlıq imkanları məhdud insanlar və boyun-üz bölgəsində onkoloji problemləri olan insanlar da istifadə edə bilərlər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [13:20]
Bolqarıstan parlamenti spikeri istefaya göndərib
- 25.04.2024 [12:48]
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
- 25.04.2024 [12:34]
Hindistanın Racastan ştatında PUA qəzası baş verib
- 25.04.2024 [12:22]
Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir
- 25.04.2024 [12:12]
“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb
- 25.04.2024 [11:58]
Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb
- 25.04.2024 [11:42]
“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb
- 25.04.2024 [11:26]
Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək
- 25.04.2024 [11:04]