DÜNYA
İspaniya hökumətinin yeni tərkibi açıqlanıb
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 3-də İspaniyanın Baş naziri Mariano Raxoy yeni hökumətin tərkibini elan edib.
AZƏRTAC “lemonde.fr” saytına istinadla bildirir ki, hökumət başçısı Kral VI Felipe ilə görüşərək Nazirlər Kabinetinin tərkibi barədə ona məlumat verib.
İspaniyanın yeni xarici işlər naziri Alfonso Dastis Kesedo olub. O, bu vəzifədə Xose Manuel Qarsiya Marqalyonu əvəz edib. Ölkənin daxili işlər naziri Xuan İqnasio Soidon təyin edilib. Ədliyyə naziri Rafael Katala və iqtisadiyyat naziri Luis de Qindos öz postlarında qalıblar. Müdafiə naziri vəzifəsi Mariya Dolores de Kospedala həvalə edilib.
Baş nazir Mariano Raxoy ümumilikdə 13 nazir təyin edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [14:54]
“GPT-4” neyroşəbəkəsi oftalmoloq həkimlərin səviyyəsinə çatıb
- 20.04.2024 [14:20]
“Emirates” aviakompaniyası müntəzəm uçuş cədvəlini bərpa edib
- 20.04.2024 [13:27]
Çində Qərbi Sakit okean dəniz simpoziumunun 19-cu iclası keçiriləcək
- 20.04.2024 [11:51]
Bu ilin üç ayında Rusiyadan Çinə neft ixracı 13 faiz artıb
- 20.04.2024 [11:29]
Almaniya 2022-ci ildə təhsil və tədqiqat işlərinə 370 milyard avro xərcləyib
- 20.04.2024 [11:27]