İspaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi münasibətilə Azərbaycan XİN-in bəyanatı ispandilli nəşrlərdə dərc edilib
AzerTAg.az
Madrid, 12 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında diplomatik münasibətlər yaradılmasının 30-illiyi münasibətilə mətbuat üçün bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, İspaniyanın EFE informasiya agentliyi, İsveçrə İctimai teleradioyayım korporasiyası (SRG SSR) beynəlxalq onlayn-platformasının SWI swissinfo.ch ispandilli versiyası, Argentinanın www.infobae.com xəbərlər saytı da bu bəyanat yayıblar.
Nəşrlərdə qeyd edilir ki, iki ölkə arasında diplomatik münasibətlər yaradılmasının 30-illiyi münasibətilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında İspaniya ilə möhkəm dostluq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsi vurğulanır.
İspandilli nəşrlərdə diqqətə çatdırılır ki, Azərbaycan diplomatiyası iki ölkə arasında əməkdaşlığın siyasi, iqtisadi, energetika, mədəni, humanitar, turizm və idman sahələrini əhatə etməsini vurğulayır. Azərbaycan Xarici İşlər Nazirliyi təsdiq edib ki, Azərbaycan və İspaniya beynəlxalq hüququn normalarına və prinsiplərinə uyğun olaraq bir-birini qarşılıqlı dəstəkləyir, bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət edir.
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanır: “Biz Azərbaycan ilə İspaniya arasında diplomatik münasibətlər yaradılmasının 30-illiyi münasibətilə İspaniya hökumətə və xalqına səmimi təbriklərimizi çatdırır və əmin olduğumuzu bildiririk ki, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq olacaq bundan sonra da uğurla inkişaf edəcək”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid


Xəbərin mətnində orfoqrafik səhv var