CƏMİYYƏT


İspaniya “iqlim sahəsində fövqəladə vəziyyət” elan edib

Bakı, 22 yanvar, AZƏRTAC

İspaniya hökuməti “iqlim sahəsində fövqəladə vəziyyət” elan edib. O söz verib ki, yazın sonuna qədər qlobal istiləşmə əleyhinə mübarizəyə dair proqram təqdim edəcək. AZƏRTAC “Euronews”a istinadla xəbər verir ki, bu qərar iqlim dəyişmələrini insan fəaliyyəti, o cümlədən atmosferin çirklənməsi ilə əlaqələndirən ekologiya fəalları tərəfindən təşkil edilmiş kütləvi etiraz aksiyaları fonunda qəbul edilib.

İspaniya Nazirlər Kabineti ekologiyanın müdafiəsinə dair ümumən 30 tədbir anons edəcəyini vəd edir. Gözlənildiyinə görə, ölkə 2050-ci ilə qədər karbon qazları tullantılarını tamamilə azaldacaq. Təqdim edilmiş layihəyə əsasən, İspaniya yaxın 20 ildə 95 faiz bərpa olunan enerji mənbələrinə keçməli, ağır yük daşıyan nəqliyyatdan istifadə zamanı ətraf mühitin çirklənməsi problemini həll etməli və kənd təsərrüfatında karbon qazı tullantılarının azalmasına nail olmalıdır. Ekoloji Keçid naziri Teresa Ribera deyib: “Biz bilirik ki, bu, son dərəcə mühüm vəzifəni üzərimizə götürməsək, bu, sosial nöqteyi-nəzərdən tənəzzülə gətirib çıxaracaq, iqtisadi və ətraf mühitin mühafizəsi baxımından son dərəcə bahalı olacaq. Söhbət mütəşəkkil işdən getdiyi üçün, - hərçənd iqlim dəyişmələrinə qarşı bütün cəmiyyət mübarizə aparır, - bizdə həmin dəyişiklikləri təshih etmək üçün yeni imkanlar yaranır”.

İspaniya hökuməti ekoloji islahatların müfəssəl planını yaxın vaxtlarda müvafiq qanun layihəsi ilə birlikdə təqdim edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.