DÜNYA


İspaniya kokainin müsadirəsi həcminə görə Avropada liderdir

Madrid, 22 yanvar, AZƏRTAC

İspaniya Qalisiyada Avropada ilk nəqliyyat və paylayıcı kartellər yaranan vaxtdan durmadan artan kokainin ölkəyə gətirilməsinin qarşısını otuz il ərzində alıb.

AZƏRTAC “El Pais” nəşrinə istinadla xəbər verir ki, polis və statistika arxivlərində 1987-ci ildə rəsmi surətdə qeydə alınan narkotrafiki ifşa edən rəqəmlər saxlanılır. O vaxtdan 2018-ci ilə qədər kokainin müsadirəsi həcmi 5 min faiz artıb ki, bu da qonşu Avropa ölkələri ilə müqayisədə ən böyük göstəricidir.

İspaniya narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə təkcə iqtisadi nöqteyi-nəzərdən deyil, həm də ictimai səhiyyə baxımından külli miqdarda vəsait xərcləyib. Əgər 1990-cı ildə İspaniya kokain istehlakçılarının sayına görə Aİ reytinqində sonuncu yeri tuturdusa, son on ildə Birləşmiş Krallıq ilə birlikdə bu siyahıya başçılıq edir. İspaniyanın hakimiyyət orqanları nə trafik, nə də istehlak baxımından artım meylinin qarşısını ala biliblər.

Narkotiklərə qarşı Mübarizə üzrə Mərkəzi İdarənin komissarı Antonio Duarte deyib: “İspaniyada narkotiklərin qanunsuz dövriyyəsi sahəsində vəziyyət əvvəlki kimi ağırdır, çünki Avropada narkotiklərin ən çoxu bizim ölkədədir. Kokain əvvəlkindən də çoxdur, lakin biz narkotik alverçilərinə ciddi zərbə vurmuşuq”.

A.Duartenin sözlərinə görə, narkotrafikə qarşı mübarizə yenə də İspaniyadan aparılacaq. Plan dekabrın ortalarında Boqota və Medelində aparılan müşavirələrdə işlənib hazırlanıb. Birgə əməliyyatlar keçiriləcək. Avropaya gətirilən kokainin gizlədilməsində və göndərilməsində başlıca strateji istiqamətlər olan Mərakeş, Mavritaniya və Qvineya hökumətlərinin cəlb edilməsi İspaniya üçün prioritetdir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.