DÜNYA


İspaniya koronavirus əleyhinə tam vaksinləmə üzrə iri dövlətlər arasında liderlik edir

Madrid, 27 iyul, AZƏRTAC

İspaniya dünyada əhalinin ən sıx yaşadığı 50 ölkə arasında əhalisinin ən yüksək faizlə koronavirus əleyhinə tam vaksinləmə sxemindən keçən dövlətlər siyahısına daxildir.

AZƏRTAC xəbər verir ki, İspaniya Səhiyyə Nazirliyinin peyvəndlənmə barədə son hesabatına görə, ölkənin 25,9 milyon sakini artıq tam vaksinləmə sistemindən keçib və bu, əhalinin 55,4 faizini təşkil edir.

İspaniya Səhiyyə Nazirliyinin rəqəmsal səhiyyə və innovasiyalar üzrə Baş katibi Alfredo Qonsales qeyd edib ki, son 14 gün ərzində əhalinin hər 100 min nəfərinə 700 yoluxma halının düşməsi yaxşı göstəricidir və İspaniyanı koronavirusa yoluxma faktları kəskin artacağı təqdirdə mübarizə aparmaq üçün daha yaxşı hazırlıqlı edəcək. Vaksinləmə planı əhalinin daha həssas qrupunun müdafiəsinə və xəstəxanaya yatırılma hallarının azaldılmasına şərait yaradır.

İspaniyanın Baş naziri Pedro Sançes vəd edib ki, əgər peyvəndlənmə tempi qorunub saxlanılarsa, o halda avqustun sonunadək əhalinin 70 faizinin immunlaşdırılmasına nail olunması mümkündür.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.