İDMAN
İspaniya kuboku: “Levante” “Barselona” komandasını minimal hesabla məğlub edib
Bakı 11 yanvar, Nicat Məmmədov, AZƏRTAC
Yanvarın 11-də İspaniya kubokunun səkkizdəbir final mərhələsinin ilk oyunları keçirilib.
AZƏRTAC verir ki, mərhələnin gözlənilməz hesabı “Estadio Cuidad” stadionunda qeydə alınıb. “Levante” doğma meydanda “Barselona” komandasını qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb (2:1). “Levante”nin heyətində Erik Kobako (4), Borja Mayoral (18), katalonyalıların isə Filip Koutinyo (85) fərqləniblər.
Digər oyunlarda “Atletik Bilbao” doğma azarkeşlər önündə “Sevilya”ya məğlub olub (1:3).
“Real Betis” – “Real Sosyedad” oyununda isə hesab açılmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]