DÜNYA


İspaniya məhkəməsi qiyamda ittiham olunan Karles Puçdemonun həbsinə order verib

Bakı, 14 oktyabr, AZƏRTAC

İspaniyanın Ali məhkəməsi qiyamda ittiham olunan Kataloniya jeneralitetinin sabiq rəhbəri Karles Puçdemonun həbsinə beynəlxalq order verib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, order qiyamla yanaşı, dövlət vəsaitinin israf edilməsi ittihamı əsasında verilib. Hazırda Karles Puçdemon 2017-ci ildə sığındığı Belçikada yaşayır.

İspaniya Ali məhkəməsi, eyni zamanda müstəqillik barədə referendumun təşkilində və sonradan müstəqilliyin elan olunmasında iştirak edən 12 siyasətçi barəsində hökm çıxarıb. Qiyamda günahkar bilinən doqquz siyasətçiyə 9 ildən 13 ilə qədər həbs cəzaları verilib, üç nəfər isə itaətsizliyə görə cərimələnib.

Xatırladaq ki, 2017-ci il oktyabrın 1-də Kataloniyada İspaniya hökumətinin tanımadığı və keçirilməsi qadağan edilən müstəqillik haqqında referendum baş tutub. Oktyabrın 21-də krallıq hökuməti konstitusiyanın indiyə qədər istifadə olunmayan 155-ci maddəsini işə salaraq Kataloniyanın lideri Karles Puçdemon və muxtariyyətin hökumət üzvlərini vəzifədən kənarlaşdırıb. Bundan sonra muxtar qurumun liderləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, parlamentin sabiq üzvləri və separatçı ictimai təşkilatların başçıları haqqında cinayət işləri açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.