MƏDƏNİYYƏT


İspaniya mətbuatı: Azərbaycan Eurovision-2019 müsabiqəsinin finalında mətbuatı heyran edir

Madrid, 8 may, AZƏRTAC

İspaniyada populyar olan “eldiario.es” adlı elektron qəzetdə “Azərbaycan öz süni ürəyi ilə mətbuatı heyran edir, Rusiya isə müsabiqədə özünü bir daha təsdiqləyir” sərlövhəli məqalə dərc edilib. AZƏRTAC xəbər verir ki, bu məqalədə Azərbaycanı təmsil edən müğənni Çingiz Mustafayevin parlaq çıxışı qeyd olunur.

Materialda bildirilir ki, yarımfinalın son günündə Çingizin ifa etdiyi “Truth” mahnısı tamaşaçıları heyran edib. Bu mahnıda parçalanmış qəlbini süni ürəklə əvəz etməli olan insandan bəhs edilir. Çingiz Mustafayevin çıxış etdiyi səhnənin mərkəzində göy rəngli işıq saçan üçbucaq və yan tərəflərdə iki maşın diqqəti cəlb edirdi. “Eldiario.es” yazır ki, yarımfinalın sonuncu günü Azərbaycan nümayəndəsinin parlaq çıxışı ilə başa çatıb. Çingiz Mustafayev mətbuatın favoriti hesab edilib və 5-ci yeri tutub.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.