SİYASƏT


İspaniya mətbuatı: Azərbaycan Prezidenti İlham Əliyev regional sülh və sabitlik təşəbbüsü ilə çıxış edir

Madrid, 19 aprel, AZƏRTAC

İspaniyanın beynəlxalq iqtisadiyyat və maliyyə jurnalının elmundofinanciero.com saytında Kral I Xuan Karlos adına Universitetinin hüquq üzrə professoru, Panavropa Beynəlxalq İttifaqının üzvü Karlos Uriarte Sançesin AZƏRTAC-a verdiyi müsahibə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə aprelin 13-də Azərbaycan Diplomatik Akademiyasında - ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın keçirildiyi qeyd olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin bu konfransda Cənubi Qafqaz bölgəsində dialoq, sülh və sabitliyi təşviq etmək üçün əla təşəbbüslə çıxış etdiyi xüsusi vurğulanıb.

İspan nəşri, beynəlxalq konfrans kimi bu cür təşəbbüslərin, şübhəsiz ki, son vaxtlar Azərbaycan ilə Ermənistan arasında yaranan münaqişədən sonrakı dövrdə yaraların sağalmasına kömək etdiyini və Azərbaycanın qonşuları ilə əməkdaşlıq etmək istəyinin bariz əlaməti olduğunu diqqətə çatdırır. Bu, bölgədəki sabitliyə və sülhə töhfə verən yeni bir ümid mərhələsinin başlanğıcı deməkdir.

İspan saytı professor K.Uriartedən sitat gətirir: “Bu gün Cənubi Qafqazda Qarabağı dünyanın çiçəklənən və sabit bir bölgəsinə çevirəcək inkişaf və əməkdaşlıq strategiyasına hər zamankından daha çox ehtiyac var. Ümid edirəm ki, bu bölgə yenidən mediada müzakirə olunduqda, söhbət yalnız onun gözəlliyindən və dünyanın bu hissəsində səyahət etmək nə qədər xoş olacağından gedəcək, çünki Qarabağ Qərbi Şərqlə, Avropanı Asiya ilə birləşdirən bir qovşağa çevriləcək. Qoy belə də olsun".

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.