CƏMİYYƏT


İspaniya mətbuatı Naftalan neftindən yazıb

Madrid, 16 aprel, AZƏRTAC

Fransanın "Frans-Press" agentliyinin ispan dilində versiyasında "Azərbaycanda neft həm də sağlamlıq deməkdir" sərlövhəli məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə ginekoloji, uroloji və dəri, eləcə də qara ciyər xəstəliklərinin, oynaqların və dayaq-hərəkət aparatına aid oynaqdan kənar yumşaq toxumaların müalicəsində istifadə edilən Naftalan neftindən bəhs olunur.

Qeyd edilir ki, 1980-ci illərdə Naftalan kurortu rekord sayda - ildə 70 min pasiyent qəbul edib.

Məqalədə diqqətə çatdırılır ki, 1988-ci ildə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlandığı vaxtda Naftalan şəhərinin bütün sanatoriyaları yüz minlərlə qaçqın və məcburi köçkün üçün sığınacağa çevrilib. 2000-ci illərdə onların köçürülməsini həyata keçirən Azərbaycan hökuməti bu müalicə ocaqlarını bərpa edib və bütün binalar müasir mehmanxana obyektləri ilə əvəz olunub.

Sonda bildirilir ki, hazırda Naftalan şəhərində mehmanxana tipli bütöv bir sanatoriya şəbəkəsi fəaliyyət göstərir.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.