SİYASƏT


İspaniya mətbuatı Qarabağ müharibəsində Qələbə şərəfinə Bakıda keçirilən Zəfər paradı haqda yazır

İspaniya mətbuatı Qarabağ müharibəsində Qələbə şərəfinə Bakıda keçirilən Zəfər paradı haqda yazır

Madrid, 10 dekabr, AZƏRTAC 

İspaniyanın EFE informasiya agentliyi və ölkənin qocaman nəşrlərindən biri olan “La Vanguardia” qəzeti Azərbaycanın Qarabağ müharibəsindəki Qələbəsi şərəfinə Bakıda keçirilən Zəfər paradına həsr olunmuş məqalə dərc ediblər.

AZƏRTAC xəbər verir ki, ispan nəşrləri Dağlıq Qarabağdakı 44 günlük müharibədə Qələbə şərəfinə bu gün Bakının Azadlıq meydanında keçirilən hərbi paradda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirak etmələrindən yazır.

Qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ müharibəsində Türkiyənin dəstəyinə, ilk gündən Azərbaycan tərəfində olmasına görə ehtiram əlaməti olaraq, nitqində R.T.Ərdoğana minnətdarlığını bildirib.

İspaniya mətbuatı Prezident İlham Əliyevin sözlərindən sitat gətirir: “Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk”.

“La Vanguardia” yazır ki, Türkiyə Prezidenti R.T.Ərdoğan 30 illik erməni işğalından sonra Dağlıq Qarabağı öz qanuni sahibinə qaytaran Azərbaycan Ordusunu təbrik edib.

İspaniya mətbuatı diqqətə çatdırır ki, paradda Azərbaycan Ordusunun 3000 hərbi qulluqçusu iştirak edib, 150 vahid hərbi texnika nümayiş etdirilib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.