SİYASƏT
İspaniya mətbuatı bu ölkənin Mursiya şəhərində Azərbaycanın təşəbbüsü ilə keçirilmiş konfrans haqqında yazır
Madrid, 18 noyabr, AZƏRTAC
İspaniyanın Laopiniondemurcia.es portalında “Müsəlmanlar, pravoslavlar, yəhudilər və katoliklər UCAM-da sülh naminə birləşdilər” sərlövhəli məqalə dərc olunub.
Məqalədə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və digər konfessiyaların – pravoslavların, yəhudilərin, katoliklərin nümayəndələrini və ümumilikdə 800 nəfərin iştirak etdiyi konfransın Mursiyada keçirilməsindən söhbət açılır.
İspaniyadakı səfirliyimizlə UCAM-ın (San-Antonio Mursiya Katolik Universiteti) birgə təşkil etdiyi konfransda Azərbaycanda yaşayan digər dini konfessiyaların nümayəndələrinin də iştirak etdiyi qeyd olunan məqalədə ölkəmizdəki multikulturalizm siyasətindən bəhs olunur.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid