SİYASƏT


İspaniya mətbuatında “Əsrin müqaviləsi”nə həsr olunmuş geniş məqalə dərc edilib

Madrid, 23 sentyabr, AZƏRTAC

İspaniyanın böyük oxuyucu kütləsinə malik “Style International” qəzetinin elektron versiyasında “Əsrin müqaviləsi”nə həsr olunmuş geniş məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə bu il sentyabrın 20-də Azərbaycanda “Əsrin müqaviləsi”nin 26 illiyinin qeyd edilməsindən söz açılır. Vurğulanır ki, ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasət kursu ölkəni beynəlxalq münasibətlərin yeni mərhələsinə qaldırıb. Belə ki, 1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı neft şirkəti arasında “Azəri”,” Çıraq” və ”Günəşli” yataqlarının birgə işlənilməsi və hasilatın pay bölgüsü ilə bağlı “Əsrin müqaviləsi” imzalanıb.

Məqalədə ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi xüsusi olaraq vurğulanır, Cənub Qaz Dəhlizi haqqında məlumat verilərək, onun Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsindəki vacib rolundan danışılır.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.