DÜNYA


İspaniya meymunçiçəyinə yoluxmaların sayına görə Avropada liderdir

Madrid, 18 avqust, AZƏRTAC

Xəstəliklərin profilaktikası və onlara nəzarət üzrə Avropa Mərkəzinin (ECDC) məlumatına görə, avqustun 16-na olan vəziyyətə görə Avropada meymunçiçəyi virusuna 19.429 yoluxma halı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, İspaniya 5.719 yoluxma ilə meymunçiçəyinə yoluxmaların sayına görə Avropada liderdir. Onlardan təqribən 505 nəfərinin xəstəxanaya yatırılmağa ehtiyacı olub. Üç nəfər intensiv müalicə şöbəsinə yerləşdirilib, iki nəfər vəfat edib.

Sonrakı yerləri Almaniya (3.187), Böyük Britaniya (3.055), Fransa (2.673), Niderland (1.029), Portuqaliya (770), İtaliya (662), Belçika (546), İsveçrə (387), Avstriya (210), İsrail (189), Danimarka (154), İsveç (130), İrlandiya (113), Polşa (104), Norveç (74), Macarıstan (62), Yunanıstan (49), Sloveniya (43), Lüksemburq (43), Çexiya (36), Rumıniya (32), Malta (30), Serbiya (23), Finlandiya (22), Xorvatiya (17), İslandiya (12), Slovakiya (10), Estoniya (9), Cəbəllütariq (6), Litva (5), Bolqarıstan (4), Andorra (4), Latviya (4), Bosniya və Herseqovina (3), Kipr (3), Monako (3), Qrenlandiya (2), Gürcüstan (1), Rusiya (1), Türkiyə (1), Monteneqro (1) və Moldova (1) tutur.

ECDC-nin məlumatına görə, Avropada meymunçiçəyinə yoluxma hallarının əksəriyyəti 31-40 yaş arası şəxslərin payına düşür.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.