DÜNYA


İspaniya milli komandasının futbolçusu Dani Olmo qarət olunub

Bakı, 20 iyun, AZƏRTAC

İspaniya yığmasının və Almaniyanın “Leypsiq” klubunun futbolçusu Dani Olmo Valensiyada qarət edilib, onun bahalı saatı oğurlanıb. Futbolçunun qardaşı quldurlara müqavimət göstərərkən xəsarət alıb.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, vətənində istirahət edən ispaniyalı yarımmüdafiəçi qardaşı ilə birlikdə bərbərə getdikdən sonra hücuma məruz qalıb.

Bərbər salonundan çıxan futbolçuya hücum edən iki naməlum şəxs onun 30 min avro dəyərində “Rolex” saatını qolundan açıb. Dani Olmonun qardaşı avtomobillə qaçan qarətçiləri dayandırmağa cəhd edərkən yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.