İspaniya millisi 17 ildən sonra antirekordunu təkrarlayıb
AzerTAg.az

Bakı, 29 mart, AZƏRTAC
Futbol üzrə İspaniya milli komandası 17 ildən sonra ilk dəfə Avropa çempionatının seçmə mərhələ oyununda qol vura bilməyib. Bu, “Avro-2024”ün seçmə mərhələsinin ikinci turu çərçivəsində baş tutan Şotlandiya ilə səfər matçında qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Qlazqoda keçirilən görüşdə Şotlandiya seçməsi 2:0 hesablı qələbə qazanıb. İspaniya bunadək keçirdikləri 38 matçın hamısında fərqlənməyi bacarmışdı.
İspaniya milli komandası sonuncu dəfə 2006-cı ildə İsveçlə (0:2) qarşılaşmada rəqib qapısına yol tapa bilməmişdi. Ondan sonrakı 38 matçda İspaniya yığması bütövlükdə 100 qol vurub.
Luis Enrikenin rəhbərlik etdiyi komanda həm də 2016-cı ildən bəri ilk dəfə ən azı iki top fərqi ilə uduzub. İspanlar sonuncu dəfə “Avro-2016”da İtaliyaya 0:2 hesabı ilə məğlub olmuşdular.
Xəbərin mətnində orfoqrafik səhv var