DÜNYA


İspaniya naziri La-Palmadakı vulkan püskürməsindən turizm obyekti kimi istifadə olunmasını təklif edib

Madrid, 21 sentyabr, AZƏRTAC

İspaniyanın sənaye, ticarət və turizm naziri Mariya Reyes Maroto “Canal Sur” radiosuna müsahibəsində bildirib ki, La-Palma adasında Kumbre-Vyexa vulkanının hələ də davam edən püskürməsindən turizm obyekti kimi istifadə olunmalıdır.

AZƏRTAC xəbər verir ki, ispaniyalı nazir turistləri adada baş vermiş bu nadir təbiət hadisəsindən zövq almağa çağırıb. O xatırladıb ki, bu sahə üzrə turizm digər ölkələrdə, o cümlədən İslandiyada da inkişaf edir.

Lakin nazirin təşəbbüsü heç də hamı tərəfindən xoş qarşılanmayıb. Bildirilib ki, vulkan püskürməsi, ilk növbədə, hər şeyini itirmiş insanların faciəsidir.

Qeyd edək ki, sentyabrın 19-da Atlantik okeanında, Kanar arxipelaqına daxil olan, İspaniyaya məxsus La-Palma adasında Kumbre-Vyexa vulkanı püskürməyə başlayıb. Kabesa-de-Vaka və El-Paso yaşayış məntəqələrinin yerləşdiyi bu ərazidə 85 mindən çox insan yaşayır.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.