DÜNYA


İspaniya öz ərazisində Ukrayna hərbçilərinə təlim keçəcək

İspaniya öz ərazisində Ukrayna hərbçilərinə təlim keçəcək

Bakı, 10 sentyabr, AZƏRTAC

İspaniya tezliklə öz ərazisində Ukrayna hərbçilərinə təlim keçməyə başlayacaq.

AZƏRTAC “El Mundo” qəzetinə istinadla xəbər verir ki, ispaniyalı mütəxəssislər ukraynalı əsgərlərə tanklardan və raket sistemlərindən istifadə etməyi öyrətməyə, həmçinin tibbi və istehkamçılıq üzrə təlimlər keçməyə hazırlaşır. Təlimin əsas hissəsi İspaniya Müdafiə Nazirliyinin Saraqosa əyalətində yerləşən bazalarında keçiriləcək. Bundan öncə döyüşlərdə yaralanan 600-ə yaxın ukraynalı əsgər də orada müalicə almışdı.

İspaniya Əfqanıstan, İraq və ya Malinin silahlı qüvvələrinin hazırlanmasında böyük təcrübəyə malik olsa da, bu cür təlimlər ilk dəfə olaraq krallıq ərazisində baş tutacaq.

Qeyd edək ki, İspaniya tərəfindən Kiyevə vəd edilən silahlar artıq Ukraynaya gəlməyə başlayıb. Belə ki, 20 ədəd M113 zirehli transportyoru, “Aspide” raket batareyası və tonlarla artilleriya mərmisi digər təchizatla birlikdə artıq Polşaya çatdırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.