DÜNYA


İspaniya pandemiya ilə mübarizə üçün Hindistana tibbi ləvazimatlar göndərib

Madrid, 5 may, AZƏRTAC

İspaniya da daxil olmaqla Avropa İttifaqının (Aİ) on beş ölkəsi Hindistana tibbi yardım göndərib. Yardım, COVID-19 xəstəliyinin geniş miqyasda artması ilə üzləşmiş Hindistana təcili yardımları koordinasiya edən Aİ-nin mülki müdafiə mexanizminin xətti ilə çatdırılıb.

AZƏRTAC xəbər verir ki, böhranı idarəetmə üzrə Avropa komissarı Yanez Lenarçiçinin sözlərinə görə, kollektiv fəaliyyət koronavirus pandemiyasına qarşı mübarizədə yeganə həll yoludur.

İspaniya Hindistana 119 oksigen konsentratoru və 145 Süni Tənəffüs Aparatı ayırıb.

20 milyondan çox yoluxma halı qeydə alınmış Hindistan dünyada pandemiyadan ən çox zərər çəkmiş ölkələr arasında ABŞ-dan (33,2 milyon) sonra ikincidir. Gün ərzində koronavirusa yoluxanların sayı 357 min nəfəri üstələyir. Orta hesabla gündəlik ölüm halları isə 3 minə çatır.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.