CƏMİYYƏT


İspaniya pensiyaçılar üçün on ən yaxşı ölkədən biridir

Madrid, 8 fevral, AZƏRTAC

“International Living” jurnalı pensiyaçıların yaxşı yaşadığı ölkələrin ənənəvi reytinqini təqdim edib. İspaniya ilk onluqda yer alıb.

AZƏRTAC xəbər verir ki, reytinqin tərtibində iqlim, dolanışıq xərcləri, tibbi xidmət səviyyəsi və bürokratiya kimi amillər nəzərə alınıb.

Pensiya ilə dolanmaq üçün ən yaxşı yer Panama sayılıb. Kosta-Rika, Meksika, Ekvador, Kolumbiya, Peru, Malayziya, Portuqaliya və Tailand kimi ölkələrdən geri qalan İspaniya ilk onluğu tamamlayıb.

Mükəmməl çimərlikləri və Qərbi Avropaya xas həyat keyfiyyəti İspaniyanın üstünlükləri sırasındadır. Nəşr, həmçinin meşələrinə, dağlarına, gülərüz insanlarına və qastronomiyasına görə ölkənin şimal hissəsini - Navarra, Kantabriya, Asturiya, Qalisiya və Basklar Ölkəsini ayırıb.

Nəşrin hesablamalarına görə, İspaniya regionlarının çoxunda pensiyada olan ər-arvadın komfortlu yaşaması üçün onlara ayda 2,5 min dollar kifayətdir.

Ucuz və keyfiyyətli məhsullar, əcnəbilərə mehriban münasibət və təhlükəsizlik də İspaniyanın üstünlükləri sırasındadır. Nəşr İspaniya səhiyyəsini dünyanın ən keyfiyyətli səhiyyə sistemlərindən biri adlandırıb

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.