DÜNYA


İspaniya polisi Kataloniyada referendum hazırlığına görə kütləvi həbslərə başlayıb

Madrid, 20 sentyabr, AZƏRTAC 

İspaniya polisi Kataloniya muxtariyyətinin İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi və Sosial Məsələlər Departamentinin binalarında axtarışlar aparıb və 16 nəfəri həbs edib. Həbs olunanlar arasında muxtariyyətin yüksək rütbəli məmurları da var.

Baş verən hadisələrlə bağlı Kataloniya muxtariyyətinin rəhbəri Karles Puçdemon hökumətin təcili iclasını çağırıb. O bildirib ki, dövlət faktiki olaraq muxtariyyətin özünüidarəetməsini ləğv edib, fövqəladə vəziyyət tətbiq edib. Kataloniya Milli Assambleyasının prezidenti isə əhalini etiraz mitinqinə çağırıb. Minlərlə insan Barselonanın mərkəzinə toplaşmağa başlayıb.

İspaniyanın Baş naziri Mariano Raxoy müxalifət partiyalarının liderləri Pedro Sançes və Albert Riviero ilə görüşərək, onlardan Kataloniyada baş verən separatçılıq hərəkatına qarşı hökumətin addımlarına dəstək istəyib.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.