DÜNYA
İspaniya polisi dənizdə 1,5 ton kokain ələ keçirib
Madrid, 22 may, AZƏRTAC
İspaniya Milli Polisinin agentləri açıq dənizdə 1,5 ton kokain daşıyan gəmi ələ keçiriblər.
AZƏRTAC xəbər verir ki, əməliyyat İspaniya hərbçilərinin, habelə Britaniya, Fransa, Portuqaliya və Braziliya hüquq mühafizə orqanlarının köməyi ilə aparılıb.
Narkotiklər Braziliyadan İspaniyaya istiqamət götürən balıqçı gəmisində olub. Polislər kokain gətirildiyini qabaqcadan biliblər. Hələ aprel ayından hüquq mühafizə orqanlarının nəzarətində olan gəmi saxlanılanda içərisində yeddi nəfər olub. Onların hamısı həbs edilib. Yük müsadirə edilərək Las-Palmas-de-Qran-Kanariya limanına gətirilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:26]
İstanbulda torpaq sürüşməsi baş verib
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]