DÜNYA
İspaniya polisi erməni mafiyasına qarşı əməliyyat keçirib
Bakı, 6 iyul, AZƏRTAC
İspaniyada erməni mafiyasına qarşı genişmiqyaslı əməliyyatlar keçirilib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə İspaniya milli polisinin nümayəndələri Madriddə keçirilən mətbuat konfransında bildiriblər.
Qeyd edilib ki, əməliyyatlar iyunun 26-da başlayıb və 129 nəfər saxlanılıb. İspaniyanın müxtəlif şəhərlərində 74 axtarış keçirilib. Saxlanılanlar barədə korrupsiya, şantaj, qanunsuz silah saxlama, çirkli pulların yuyulması, narkotik ticarəti, saxta sənədlərin və saxta pulların hazırlanması və digər ittihamlar irəli sürülüb. Bundan başqa, erməni mafiyasının üzvləri avtomobilləri bir ölkədən digərinə keçirib, sənədləri dəyişərək satışa çıxarıblar. Axtarışlar zamanı 100 min avro pul, silah-sursat, qiymətli metalların əridilməsi üçün avadanlıq və çoxlu sayda tütün və narkotik vasitələr aşkar edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:42]
Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]