İQTİSADİYYAT
İspaniya portalı SOCAR və BP arasında yeni razılaşma haqqında yazır
Madrid, 12 sentyabr, AZƏRTAC
İspaniyanın energetika məsələləri üzrə ixtisaslaşmış “energia16.com” portalında “Azərbaycana aid yataqlarda BP-nin payı azalacaq” sərlövhəli yazıda bildirilir ki, BP və Azərbaycan dövlət şirkəti olan SOCAR arasında yeni razılaşmaya əsasən Britaniya şirkətinin Xəzər dənizinin Azərbaycana aid hissəsindəki yataqlarda payı azaldılacaq.
Xəzərdəki yataqların işlənməsi ilə bağlı cari müqavilə 2024-cü ildə bitəcək. Hazırda BP və SOCAR arasında 2050-ci ilə qədər müddəti əhatə edəcək yeni müqavilənin imzalanması ilə bağlı razılıq əldə olunub. “Reuters” informasiya agentliyi öz mənbələrinə istinadən məlumat verir ki, yeni müqavilədə SOCAR, xarici şirkətlərin, o cümlədən BP-nin paylarının azalması hesabına öz payını artıracaq. SOCAR-ın isə öz payını hazırkı 11.6 faizdən 20 faizədək artıracağı gözlənilir.
Bütün bu yayılan məlumatlara baxmayaraq BP-Azərbaycan şirkətinin mətbuat katibi bildirib ki, yeni müqavilənin detalları haqqında onda heç bir məlumat yoxdur.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]