CƏMİYYƏT


İspaniya qanunsuz vəhşi heyvan qaçaqmalçılığına qarşı planı qəbul edən ilk Avropa ölkəsidir

Madrid, 13 oktyabr, AZƏRTAC

İspaniya qanunsuz vəhşi heyvan qaçaqmalçılığına və beynəlxalq brakonyerliyə qarşı mübarizə sahəsində Avropa İttifaqının planını qəbul edən ilk ölkədir.

AZƏRTAC xəbər verir ki, “TIFIES” adlanan bu plana nadir heyvanların – xüsusən kərgədanların qorunması üzrə kompleks tədbirlər daxildir.

Hazırda dünyada nəsli kəsilmək təhlükəsi altında olan kərgədanların 5 növü mövcuddur ki, onlardan ikisi Afrikada (ağ və qara), daha üçü isə Asiyadadır (Yava, Hindistan və Sumatra). Bu fəlakətli vəziyyətin başlıca səbəbi onların buynuzunu əldə etmək üçün qadağan olunmuş ov edən insanların fəaliyyətidir. Belə ki, kərgədan buynuzunun müalicəvi xüsusiyyətə malik olduğu hesab edilir.

“TIFIES” planı yerli mütəxəssislərin təchizatı və təlimi vasitəsilə heyvanların lazımınca qorunmasını təmin etmək məqsədi daşıyan “Euroscout” layihəsi çərçivəsində bu problemin daha kəskin olduğu ölkələrə yardım göstərilməsini nəzərdə tutur. Milli səviyyədə isə müxtəlif nazirliklər və idarələrin qarşılıqlı fəaliyyətinin gücləndirilməsi planlaşdırılır. Bu məsələdə aparıcı rol mülki aviasiyanın təbiətin qorunması üzrə bölməsinə ayrılacaq.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.