DÜNYA


İspaniya sahillərində 17 miqrant həlak olub

Bakı, 6 noyabr, AZƏRTAC

İspaniya sahillərində 17 miqrant həlak olub.

AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, İspaniya Dənizdə Xilasetmə Xidmətinin məlumatına görə, 13 nəfər Alboran dənizi ilə İspaniyaya keçməyə çalışarkən boğulub, dörd nəfər isə içərisində olduqları qayıq qayaya çırpılarkən ölüb. Ölənlərin cəsədini Kadis əyalətində Mülki Qvardiya aşkar edib. Həmin qayıqda Mərakeşdən İspaniya sahillərinə gedən 40 nəfər sağ qalıb.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ilin əvvəlindən Aralıq dənizi vasitəsilə İspaniyaya 47,5 mindən çox miqrant keçib. Onlardan 567-si (noyabrın 2-dək olan məlumata görə) ölüb.

İlin əvvəlindən Aralıq dənizi ilə Avropaya 98 mindən çox miqrant keçib. Onlardan təxminən 2 mini ölüb və ya itkin düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.