DÜNYA


İspaniya sahillərində içərisində miqrantlar olan qayıq itib

Bakı, 17 iyul, AZƏRTAC

İspaniya sahillərində içərisində 7 miqrantın olduğu qayıq itib.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə “Sərhədləri aşaraq” ictimai təşkilatının rəhbəri Yelena Maleno “Twitter” səhifəsində yazıb. Onun sözlərinə görə, qayıq Cəbəllütariq boğazında yoxa çıxıb. Miqrantların mobil telefonları cavab vermir və qohumları onları itkin düşmüş hesab edir.

İspaniyanın dənizdə xilasetmə xidmətinə ictimai təşkilatlardan miqrant aparan qayıqlar barədə məlumatlar tez-tez daxil olur. Xidmətin əməkdaşları təkcə çərşənbə axşamı İspaniya sahillərində 200-dən çox insanı xilas ediblər.

Bu il yanvarın 1-dən iyulun 15-dək İspaniyaya Aralıq dənizi vasitəsilə Əlcəzair və Mərakeşdən 18 mindən çox miqrant və qaçqın gəlib. Bu baxımdan İspaniya, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, İtaliyanı geridə qoyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.