CƏMİYYƏT


İspaniya sakinlərinin yarıdan çoxu karantindən sonra zəif görməyə başlayıblar

Madrid, 6 iyul, AZƏRTAC 

İspaniya sakinlərinin yarıdan çoxu karantindən sonra zəif görməyə başlayıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı yayan İspaniyanın “La Sexta” telekanalı “Görmə və həyat” İctimai Fayda Assosiasiyası tərəfindən aparılan tədqiqatın göstəricilərindən misal çəkib.

Tədqiqat iki cür informasiya təqdim edib: təqribən 500 nəfər arasında aparılmış sosioloji sorğunun nəticələri və İspaniyanın müxtəlif tibb müəssisələrində mayın əvvəlindən təxminən 2 min nəfər üzərində aparılan yoxlamaların real göstəriciləri.

Hesabatın nəticələrinə uyğun olaraq, hər beş sakindən üçü (60,2 faiz) karantin müddətində öz görmə qabiliyyətlərini həddən artıq yükləyiblər. Başağrısı, bulanıq görmə və gözlərdə quruluq ən çox rast gəlinən simptomlardır. Respondentlərin 54,2 faizi görmə qabiliyyətlərini bu yay yoxlayacaqlarını bildiriblər.

Aparılan yoxlamalar göstərib ki, vətəndaşların 57,4 faizinin görmə qabiliyyəti həqiqətən zəifləyib.

Həmçinin hər 10 yeniyetmədən (12-19 yaş) altısında görmə qabiliyyəti azalıb, hər 10 nəfərdən biri eynəkdən (7,7 faiz) və ya linzadan (2,4 faiz) istifadə etməyə başlayıb.

40 yaşdan yuxarı böyüklərə gəlincə isə, onların təqribən yarısının (47,2 faiz) görmə qabiliyyəti zəifləyib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.