İQTİSADİYYAT
İspaniya şirkəti Azərbaycanda tərəfdaş tapacağına ümid bəsləyir
“BakuBuild-2014” sərgisində İspaniya şirkətləri geniş tərkibdə təmsil edilir. Onlardan biri olan “JMA” şirkəti Azərbaycanda tərəfdaşlar tapacağına ümid bəsləyir.
AZƏRTAC-a müsahibə verən şirkətin satış meneceri Mikel Bareldi deyib ki, təmsil etdiyi qurum qıfıl-açar, açarkəsən dəzgahlar, avtomobil açarları üçün dublikat və qaraj qapıları üçün məsafədən idarəetmə sistemləri istehsal edir. Şirkət Avropada ən iri açar istehsalçısı və bu sahədə nümunəvi müəssisədir. “JMA” şirkəti bir çox kataloqlarda qeyd olunan 40 min çeşiddən artıq məhsul istehsal edir. Keyfiyyət baxımından da həmişə qabaqcıl və yenilikçi bir müəssisədir.
“BakuBuild” sərgisinin yüksək səviyyədə təşkil edildiyini vurğulayan M.Bareldi İspaniya şirkətlərinin Azərbaycanda da özlərinə tərəfdaşlar tapacağına ümidvar olduğunu bildirib.