DÜNYA


İspaniya uşaqlarda nadir ağır hepatit hallarının sayına görə Aİ-də ikinci ölkədir

Madrid, 12 may, AZƏRTAC

İspaniya 10 yaşadək uşaqlarda nadir ağır hepatit diaqnozunun sayına görə üçüncü Avropa ölkəsi, həmçinin Aİ üzrə ikinci ölkədir. Hətta mart ayında 3 yaşlı bir uşağa qaraciyər transplantasiyası əməliyyatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) dərc etdiyi hesabata əsasən, mayın 10-na olan məlumata görə, İspaniyada uşaqlarda 22 nadir ağır hepatit halı qeydə alınıb. Beləliklə, İspaniya Avropa ölkələri arasında 163 yoluxma halının qeydə alındığı Böyük Britaniya və İtaliyadan (35) sonra üçüncü yeri tutur.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.