CƏMİYYƏT


İspaniya və Portuqaliya cərrahları ilk dəfə olaraq 5G texnologiyasından istifadə etməklə süd vəzisinin bədxassəli şişinin kəsilib götürülməsi üzrə əməliyyat aparıblar

Lissabon, 7 may, AZƏRTAC

İspaniya Süd Vəzisinin Cərrahları Assosiasiyasının (Aecima) 10-cu Konqresi çərçivəsində şişlərin bu növünün kəsilib götürülməsi üzrə real vaxt rejimində 5G texnologiyasından istifadə etməklə ilk dəfə olaraq novator əməliyyatı aparılıb.

AZƏRTAC xəbər verir ki, beşinci nəsil mobil rabitə texnologiyası (5G) Lissabon (Portuqaliya) ilə Saraqosanı (İspaniya) ayıran 900 kilometr məsafəni qət etməyə imkan verib və beləliklə iki məşhur cərrah - portuqaliyalı doktor Pedro Quveyya və ispaniyalı Roxelio Andres-Luna arasında əlaqəni təmin edib. Konqres iştirakçıları Lissabonda aparılan əməliyyatı immersiv rejimdə (tamamilə və ya qismən virtual aləmdə) müşahidə edə biliblər.

Rabitənin minimum ləngiməsini və videonun böyük buraxıcılıq qabiliyyətini təmin edən 5G texnologiyası sayəsində iki cərrah arasında qarşılıqlı əlaqə yaratmaq mümkün olub.

Doktor Pedro Quveyya əməliyyat zamanı İspaniyadakı həmkarından məsləhətlər alırdı.

Bu konfrans həkimlərin işini optimallaşdıran qabaqcıl texnologiyalardan istifadə edilməklə cərrahiyyə əməliyyatları sahəsində mühüm mərhələ oldu.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.