İDMAN
İspaniya yığmasının məşqçisi: azı 10 atletimizin finala vəsiqə qazanmasına ümid edirik
Bakı, 23 iyul, AZƏRTAC
Komandanın əsas fiquru iyulun 23-ü meydana çıxacaq Salma Celestedir.
Bu sözləri iyulun 22-də Tofiq Bəhramov adına Stadionda keçirilən “EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalında atletika yarışlarında iştirak edən İspaniya yığma komandasının məşqçisi Alberto Ruiz Benito AZƏRTAC-a müsahibəsində bildirib.
İspaniya yığma komandasının məşqçisi festivalda iştirakları barədə deyib ki, bu, sub-18 kateqoriyalı cavanlar üçün çox mötəbər bir yarışdır. Çünki bu oyunlar onların həyatında böyük bir təcrübədir. Onların hər biri qalib gəlmək və nəticə göstərmək arzusundadırlar. Kiçik bir komanda ilə yarışa qatılan İspaniya yığmasının məşqçisi azı 10 atletin finala vəsiqə qazanmasına ümidvar olduğunu bildirib.
İspaniya atletlərinin məşqçisi Bakıya səfəri zamanı Milli Parkı, Xalça Muzeyini və Alov qüllələrini ziyarət edib, funiklyorla qalxaraq şəhərin ümumi görünüşündən valeh olub.