DÜNYA


İspaniyada 180 nəfər evtanaziya hüququndan istifadə edib

Madrid, 29 sentyabr, AZƏRTAC

İspaniyada birinci yarımillikdə ümumilikdə 180 nəfər evtanaziya hüququndan istifadə edib. Onlardan 22,12 faizi orqanlarını bağışlayıb, bu da öz növbəsində 68 transplantasiyanı təmin edib.

AZƏRTAC xəbər verir ki, bu rəqəmləri İspaniya səhiyyə naziri Karolina Darias Loqronyo şəhərində keçirilən XXX Hüquq və səhiyyə məsələləri üzrə Konqresinin açılışında açıqlayıb.

Onun sözlərinə görə, ötən ildə evtanaziyanı tənzimləyən qanunun qəbul edilməsi onun fəxr etdiyi dönüş nöqtəsidir, çünki o, "insanların ömürlərinin sonunda ləyaqət və iradə azadlığına ayrılmaz hüququ"nun həyata keçirilməsi işinə töhfə verib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.