CƏMİYYƏT


İspaniyada 2050-ci ilədək orta temperatur 2,6 dərəcə arta bilər

Madrid, 13 mart, AZƏRTAC

İspaniyada orta temperatur son 50 il ərzində 1,6 dərəcə artıb ki, bu da planet üzrə orta səviyyədən iki dəfə çoxdur.

AZƏRTAC xəbər verir ki, rəsədxananın proqnozlarına görə, artım bundan sonra da inkişaf edəcək və 2050-ci ildə orta temperatur daha 2,6 dərəcə, yəni 18,5 dərəcəyədək artacaq.

Rəsədxana qeyd edir ki, məruzədə “ən əlverişsiz potensial ssenarilərdən biri” təqdim olunub. Bu proqnozlara əsasən, atmosferə buraxılan zərərli tullantıların artım tempinin azalmasını gözləməyə dəyməz. Bu, orta temperatura və yağıntının orta miqdarına bərabər tutula bilər.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.