DÜNYA


İspaniyada 53 minə yaxın tibb işçisi COVID-19 xəstəliyinə tutulub

Madrid, 7 iyul, AZƏRTAC

İspaniyada 53 minə yaxın tibb işçisi, yəni ölkədəki bütün tibb işçilərinin 10 faizi COVID-19 xəstəliyinə tutulub.

AZƏRTAC İspaniya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bu ölkədə koronavirusa yoluxanların ümumi sayı 250 minə yaxındır. Lakin ekspertlərin sözünə görə, yoluxanların real sayı 2,5 milyondan çoxdur, yəni orta hesabla İspaniya sakinlərinin hər 20 nəfərindən biri COVID-19 xəstəliyinə tutulub.

Tibb işçilərinin yoluxmaya daha çox məruz qalması onların peşə fəaliyyəti ilə bağlıdır. Sonrakı yerləri sosial işçilər (təqribən 8 faiz), polislər və yanğınsöndürənlər tutur (6 faizdən çox).

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.